Hüquq müdafiəçiləri polis şöbəsində saxlanılan şəxsin ölüm faktını araşdırıblar

Hüquq müdafiəçiləri polis şöbəsində saxlanılan şəxsin ölüm faktını araşdırıblar
# 02 sentyabr 2014 14:18 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və komitənin Şirvan regional mərkəzinin rəhbəri Mehdi Səlimov bir sıra polis şöbələrinin müvəqqəti saxlanma yerlərində monitorinq keçiriblər.

E. Behbudovun APA-ya verdiyi məlumata görə, Şirvan şəhər, Saatlı və Sabirabad rayon polis şöbələrinin müvəqqəti saxlanma yerlərində keçirilən monitorinq zamanı ciddi qanun pozuntusu aşkar olunmayıb: “Monitorinq zamanı bizə işgəncə və qeyri-insani rəftarla bağlı müraciət edən olmadı. Monitorinqin nəticəsi barədə daxili işlər naziri Ramil Usubova arayışla məlumat verəcəyəm”.

E. Behbudov Sabirabad Rayon Polis Şöbəsində olarkən orada saxlanılan 1953-cü il təvəllüdlü Abbasov Məhərrəm Əliş oğlunun ölüm faktını da araşdırdıqlarını bildirib: “Həmin şəxsin avqustun 15-də saxlanıldığı kamerada ürək tutması olub. Dərhal təcili yardım çağırılıb və o Sabirabad Rayon Xəstəxanasına yerləşdirilib. Lakin ürək tutmasından xəstəxanada dünyasını dəyişib. Cəsədin üzərində hər hansı xəsarət izi olmayıb. Mənə verilən məlumata görə, ailə üzvlərinin də hər hansı tələbi və yaxud şikayəti yoxdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR