Boksçumuz beynəlxalq turnirdə ikinci yeri tutub

Boksçumuz beynəlxalq turnirdə ikinci yeri tutub
# 29 aprel 2013 06:38 (UTC +04:00)

Bakı – APA. Polşanın paytaxtı Varşavada boks üzrə keçirilən ənənəvi beynəlxalq turnirə yekun vurulub. Apasport.az saytının xəbərinə görə, 22 ölkənin idmançılarının qatıldığı yarışda Azərbaycan millisinin üzvləri Əzizə Abbasova (51 kq) və Yana Alekseyevna (60 kq) da mübarizə aparıb.

Alekseyevna finala vəsiqə qazansa da, zədə səbəbindən həlledici görüşə çıxa bilməyib. Boksçumuz yarımfinalda polşalı Karolina Qraçiklə görüşdə burnundan zədə alıb. Bu səbəbdən idmançımız 2-ci yerlə kifayətlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR