Demokratik Qüvvələrin Məşvərət Məclisi seçki blokuna çevrilə bilər

Demokratik Qüvvələrin Məşvərət Məclisi seçki blokuna çevrilə bilər
# 17 aprel 2013 12:49 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “Məşvərət Məclisinin vahid platforması hazırlanır”. Bu barədə APA-ya açıqlamasında Demokratik Qüvvələrin Məşvərət Məclisinin (DQMM) üzvü, AMİP sədri Yusif Bağırzadə deyib.

Y.Bağırzadə bildirib ki, DQMM-in seçki blokuna çevrilməsi istiqamətində müzakirələr aparılır və buna uyğun olaraq vahid platforma hazırlanır. Onun sözlərinə görə, quruma daxil olan, namizədliyini irəli sürmək istəyən hər bir partiya rəhbəri vahid platformadan yararlanacaq və buradan seçkiyə qatılacaq: “Məşvərət Məclisi seçki blokuna çevriləcəyi təqdirdə, istəyə uyğun olaraq vahid platformadan istifadə ediləcək. Qurumda təmsil olunan 12 siyasi partiyanın hər biri vahid platformanın yaradılmasını müzakirə edərək, bu barədə razılığa gəlib”.

DQMM üzvü qeyd edib ki, Məşvərət Məclisinin seçkiyə vahid namizədlə qatılma ehtimalı var və seçki blokuna çevrildikdən sonra bu məsələlər müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR