AFFA Bakı klubuna güzəşt edib

AFFA Bakı klubuna güzəşt edib
# 05 avqust 2014 09:34 (UTC +04:00)

Bakı-APA. AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda “Bakılı” klubunun müraciətinə baxılıb.

Azərbaycan çempionatının I divizionunda çıxış etmək hüququndan məhrum edilməsindən şikayət edən paytaxt klubunun müraciəti ilə bağlı müzakirələrdən sonra müvafiq qərar verilib.

Qərara əsasən AFFA-nın İntizam Komitəsinin qəbul etdiyi qərar dəyişdirilib. Bununla da “Bakılı”nın I divizionda iştirakı təmin olunub. Bu güzəşt sayəsində paytaxt təmsilçisi 2014/15 mövsümündə Topaz Premyer Liqasına vəsiqə uğrunda mübarizə apara biləcək.

Lakin bakılılara sərt xəbərdarlıq da edilib. “Bakılı” növbəti dəfə üzürsüz səbəbdən rəsmi oyunlarda iştirak etmədiyi təqdirdə I divizionda çıxış etmək hüququndan məhrum ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR