Azərbaycan prezidenti beninli həmkarını təbrik edib

Azərbaycan prezidenti beninli həmkarını təbrik edib
# 31 iyul 2014 15:57 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Benin Respublikasının prezidenti Boni Yayini ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab prezident, Benin Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə sizə və xalqınıza ən səmimi təbriklərimi yetirirəm. Ümidvaram ki, ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi üçün birgə səylərimizi davam etdirəcəyik. Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Benin xalqına sülh və rifah arzulayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR