Sabirabad. Əlibəy Zeynallı - APA. Sabirabad rayon sakini döyülərək ağır xəsarət alıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə ötən gün axşam saatlarında rayonun Cəngən kəndində qeydə alınıb. Kənd sakini, 27 yaşlı Mirzə Bayramqulu oğlu Əliyev burun sınığı xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun Əşrəf və Qismət adlı şəxs tərəfindən döyüldüyü bildirilir.
Faktla bağlı Sabirabad rayon Polis Şöbəsində araşdırma aparılır.