AFFA 2011-ci ildə 20 milyon 167 min manat xərcləyib

AFFA 2011-ci ildə 20 milyon 167 min manat xərcləyib
# 09 mart 2012 08:55 (UTC +04:00)
Bakı – APA. AFFA-nın 2011-ci ildəki fəaliyyətinin maliyyə hesabatı məlum olub. Apasport.az saytının məlumatına görə, bu gün keçirilən qurumun növbəti Hesabat-Seçki konfransında bu rəqəmin 20 milyon 167 min manat olduğu açıqlanıb.

Bunun 11 milyon 109 min manatı baş sponsor ARDNŞ-dan, digər 9 milyon 56 min manatı isə atribut, bilet satışı, reklam, UEFA və FİFA-dan və sairdən əldə olunub.

AFFA-nın 2012-ci il büdcəsi 17 milyon 152 min manat olacaq. Bunun 12 milyon ARDNŞ, 5 milyon 152 mini digər sahələrdən gələcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR