Azərbaycan paytaxtında daha üç tunel tikilir

Azərbaycan paytaxtında daha üç tunel tikilir
# 06 avqust 2012 10:47 (UTC +04:00)
«Azəryolservis»dən «APA-Economics»ə verilən məlumata görə, yol qovşağı kompleksinə 3 tunel, 1 yol ötürücüsü daxildir. İki gediş, iki gəlişdən ibarət olacaq birinci tunelin uzunluğu 890 metr, eni isə 22 metr olacaq.

Tunel vasitəsi ilə nəqliyyat vasitələri «Xutor dairəsi»nə daxil olmadan III mkr. bazarı adlanan ərazidən Z.Bünyadov prospektinə hərəkət edə biləcək. Sözü gedən tuneldə tirlərin montajı, pərdələrin betonlanması və torpaq-qazma işləri aparılır.

İki gedişdən ibarət olacaq ikinci tunelin ümumi uzunluğu 450 metr, eni isə 10,5 metr nəzərdə tutulub. Tunel vasitəsi ilə nəqliyyat vasitələrinin «Xutor dairəsi»nə daxil olmadan A.Salamzadə küçəsindən Z.Bünyadov prospektinə hərəkəti mümkün olacaq. Hazırda bu tunel üzrə svay-qazma işləri və tikinti altına düşən maneələrin köçürülməsi işləri davam etdirilir.

İki gedişdən ibarət olacaq üçüncü tunelin uzunluğu 832 metr, eni isə 10,5 metr olması planlaşdırılır. Bu tunel vasitəsi ilə nəqliyyat vasitələri Z.Bünyadov prospektindən «Xutor dairəsi»nə daxil olmadan A.Salamzadə küçəsinə heç bir maneəsiz hərəkət edə biləcək.

Yol qovşağı kompleksinə daxil olan 10 aşırımlı yol ötürücüsünün uzunluğu 634 metr, eni isə 12 metr təşkil edəcək.

Artıq 4 aşırım, 8 orta dayaq və 2 kənar dayaq betonlanıb və istinad divarlarının tikintisi başa çatdırılıb. Keçən il tikintisinə başlanılan işlərin 2013-cü ildə başa çatdırılması planlaşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR