Şabran sakini özünə bıçaqla ağır xəsarət yetirib

Şabran sakini özünə bıçaqla ağır xəsarət yetirib
# 20 sentyabr 2012 07:12 (UTC +04:00)
Şabran. Vəli Turan – APA. Sentyabr ayının 19-da Şabran rayonunda 42 yaşlı kişi özünə bıçaqla xəsarətlər yetirib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Şabran rayon sakini, 42 yaşlı Səməndər Məmməd oğlu Rəcəbov özünə iki bıçaq zərbəsi vurub. O, dərhal Şabran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyat olunub. S. Rəcəbovun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR