Şəmkirdə gənc oğlan 44 yaşlı kişini qətlə yetirib

Şəmkirdə gənc oğlan 44 yaşlı kişini qətlə yetirib
# 16 iyul 2012 07:15 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Azərbaycanın Şəmkir rayonunda qətl törədilib. Bu barədə APA-ya Rayon Prokurorluğundan bildirilib.

Hadisə rayonun Kür kəndində qeydə alınıb. Kənd sakini, 28 yaşlı Ruslan Orucov şəxsi münaqişə zəminində, həmyerlisi, 44 yaşlı Qabil Hüseynovu bıçaqlayaraq qətlə yetirib.

Hadisəni törədən R. Orucov saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR