Azərbaycan Dövlət Rus Dram Teatrı Sankt-Peterburqa qastrola dəvət olunub

Azərbaycan Dövlət Rus Dram Teatrı Sankt-Peterburqa qastrola dəvət olunub
# 20 iyul 2012 14:40 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı Sankt-Peterburqa qastrol səfərinə dəvət olunub. APA-nın məlumatına görə, teatrın truppası Rusiyada Komissarjevskaya adına Dövlət Akademik Dram Teatrının səhnəsində çıxış edəcək. Kollektiv sentyabrın 25-də Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” əsərinin nümayişini planlaşdırır. Tamaşanın quruluşçu rejissoru xalq artisti, teatrın baş rejissoru Aleksandr Şarovskidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR