Taliblər Kabil yaxınlığında otelə hücum ediblər

Taliblər Kabil yaxınlığında otelə hücum ediblər
# 22 iyun 2012 04:34 (UTC +04:00)
Bakı-APA. Avtomat və qumbara atanlarla silahlanmış Taliban terror qruplaşmasının üzvləri Əfqanıstanın paytaxtı Kabil yaxınlığında otelə hücum edərək oradakı adamları girov götürüblər.

APA-nın verdiyi xəbərə görə, hücum zamanı oteldə toy keçirilib, girovlar arasında uşaq və qadınlar var.

Yerli polis generalı Məhəmməd Zahir deyib ki, terrorçuların məhv edilməsi çətin deyil, lakin girovların arasında mülki şəxslərin olması polisi bir qədər ehtiyatlı davranmağa vadar edir. Bəzi məlumatlara görə, girovların bir neçəsi öldürülüb. Zahirin sözlərinə görə, öldürülənlərin sayı məlum deyil.

Əfqan polisi koalisiya qüvvələri ilə birgə terrorçuları oteldən çıxarmağa çalışır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR