Azərbaycandakı sığorta şirkətləri investisiyalarını əsasən bank depozitlərində yerləşdirir
04 iyul 2012 12:28 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın İcbari Sığorta Bürosunun (İSB) reyestrinə daxil olan sığorta şirkətlərinin ümumi investisiya portfeli 7,5 mln. manata çatıb. «APA-Economics»in məlumatına görə, bunu Büronun icraçı direktoru Elxan Quliyev bu gün Bakıda keçirilən beynəlxalq sığorta forumunda bildirib.
Onun sözlərinə görə, sığorta şirkətlərinin investisiyaları ölkədə fəaliyyət göstərən 8 bank təşkilatına depozit kimi yerləşdirilib. «Bankların faiz dərəcələrinin yüksək olduğunu nəzərə alaraq mövcud vəziyyətdə sığorta təşkilatları bank depozitlərinə üstünlük verir. Üzv təşkilatların investisiyaları aparıcı banklarda yerləşdirilir».
E.Quliyev yerli sığorta şirkətlərinin yaxın 1-2 il ərzində digər investisiya alətlərindən istifadə etməyi düşünmədiyini qeyd edib.

Maliyyə
Azərbaycanda səhiyyə üzrə büdcə xərcləri 8 mln. manat azaldılıb
13:17
25 may 2024
Beynəlxalq münasibətlər üzrə büdcə xərcləri 83% artırılıb
12:10
25 may 2024
Dövlət əsaslı investisiya xərcləri 771.1 milyon manat artırılıb
11:47
25 may 2024
ABB Visa ilə birgə müştərilər üçün daha bir rəqəmsal imkan yaradıb
09:54
25 may 2024