Qanunsuz ov hallarına qarşı mübarizə məqsədilə reyd keçirilib

Qanunsuz ov hallarına qarşı mübarizə məqsədilə reyd keçirilib
# 12 mart 2012 06:47 (UTC +04:00)
Bakı – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarının əməkdaşları martın 1-5-də ölkə ərazisində “Ovçuluq haqqında” qanunun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə növbəti reydlər keçiriblər. Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, reydlər zamanı ümumilikdə, qanunsuz ov edən 2 nəfərdən 2 ədəd ov tüfəngi götürülərək müvafiq qaydada aktlaşdırılıb.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində inzibati qaydada, ümumilikdə 1000 manat məbləğində cərimə tətbiq edilib.

Belə ki, Ağ göl Milli Parkı ərazisində qanunsuz ovla məşğul olan 1 nəfər (1 ov silahı) və Qaradağ rayon ərazisində 1 nəfər (1 ov silahı) saxlanılaraq həmin şəxslər barəsində protokol tərtib olunub və müvafiq qaydada cərimə tətbiq edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR