Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları keçirilib

Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları keçirilib
# 18 iyul 2012 07:38 (UTC +04:00)
Bakı-APA. Çempionlar Liqasının II təsnifat mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, ilk gün 11 oyun baş tutub.

7 oyunda meydan sahibləri qalib gəlib. Qonaqlar isə yalnız 2 görüşdə sevinib. Cəmi 3 komanda böyük hesabla qalib gəlib ki, onlardan birinə Azərbaycan çempionu “Neftçi” imza atıb.

Ən asan qələbəni Finlandiya təmsilçisi HİK əldə edib. Skandinaviyalılar İslandiya çempionunu meydana çıxmağa peşman etməklə günün ən böyükhesablı qələbəsinə imza atıb.

Günün sensasiyası isə Lüksemburqda qeydə alınıb. “Düdelanj” Avstriya çempionunu məğlub edib – 1:0.

II təsnifat mərhələsi

“Neftçi” (Azərbaycan) - “Zestafoni” (Gürcüstan) – 3:0
“Skenderbeu” (Albaniya) – “Debretsen” (Macarıstan) – 1:0
“Jilina” (Slovakiya) - “Hapoel” (Kiryat, İsrail) – 1:0
“Şemrok Rovers” (İrlandiya) - “Ekranas” (Litva) – 0:0
“Flora” (Estoniya) - “Bazel” (İsveçrə) – 0:2
TNS (Uels) - “Helsinqborq” (İsveç) – 0:0
HİK (Finlandiya) - “Reykyavik” (İslandiya) – 7:0
“Dudelanj” (Lüksemburq) - “Zalsburq” (Avstriya) – 1:0
“Slovan” (Çexiya) - “Şaxtyor” (Qazaxıstan) – 1:0
“Uliss” (Ermənistan) - “Şerif” (Moldova) – 0:1
“Valletta” (Malta) - “Partizan” (Serbiya) – 1:4
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR