Gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumat açıqlanıb.
“APA-Economics”in Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbərinə görə, hazırda“Astara” gömrük postunda gözləmədə olan yük maşını yoxdur.
Bundan başqa, “Biləsuvar” gömrük postunda 45, “Qırmızı Körpü” gömrük postunda 278, “Mazımqara” gömrük postunda 47, “Samur” gömrük postunda 45 və “Xanoba” gömrük postunda 8 yük maşını var.