Bank Of Baku

"Airbus" ötən il təyyarə tədarükünü kəskin azaldıb

"Airbus" ötən il təyyarə tədarükünü kəskin azaldıb
# 11 yanvar 2021 10:26 (UTC +04:00)

Fransanın təyyarə istehsalçısı olan "Airbus" şirkəti ötən il müştərilərinə 566 təyyarə tədarük edib etdi ki, bu da əvvəlki illə müqayisədə 34% azdır. Belə ki, 2019-cu ildə şirkət 863 təyyarə tədarük etmişdi.

"APA-Economics"in məlumatına görə, bu barədə şirkətin açıqlamasında deyilir.

"2020-ci ildə "Airbus" şirkəti 87 müştəriyə 566 kommersiya təyyarəsi tədarük edib ki, bu da COVID-19 pandemiyasına cavab olaraq 2020-ci ilin aprelində qəbul edilən istehsal uyğunlaşma planı çərçivəsində baş verib", - açıqlamada deyilir.

Eyni zamanda, dekabr ayında avialayner tədarükü 89-a çatıb. Bu, bütün il ərzində qeydə alınmış maksimum aylıq göstəricidir və noyabr göstəricisindən (64 təyyarə) 39% çoxdur.

Bununla belə, ötən il şirkət ümumilikdə 268 təyyarənin tədarükü üçün sifariş alıb ki, bu da 2019-cu ilin göstəricisində (768 təyyarə) təxminən 3 dəfə azdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR