Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası tərəfindən daşıyıcılara 1235 ədəd "Beynəlxalq Yük Daşımaları haqqında" Gömrük Konvensiyasının BYD (karnet-TIR) kitabçası verilib.
"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) Baş Katibi Kənan Qurbanov ilin nəticələrinə həsr olunmuş tədbir zamanı bildirib.
Onun sözlərinə görə, cari il ərzində ABADA tərəfindən 1305 daşıyıcıya, 178 operatorun məsul şəxsinə Beynəlxalq daşımalar haqqında təlim- tədris keçirilərək Şəhadətnamələr verilib.
Kənan Qurbanov onu da qeyd edib ki, hesabat dövründə 260 daşıyıcıya təhlükəli yüklərin daşınması barədə təlim kursları keçirilərək, Şəhadətnamələr verilib.
"İl ərzində avtodaşıyıcılarımızın xarici ölkələrdə rastlaşdıqları problemlər barədə və onların həlli məqsədilə Nazirliyə təkliflər verilib", - Kənan Qurbanov qeyd edib.