AZCON Holding-in tərkibində fəaliyyət göstərən “Azərbaycan Dəmir Yolları” QSC (ADY) bu ilin yanvar-aprel aylarında 2 979 167 sərnişin daşıyıb ki, bu da ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 16% çoxdur.
Bu barədə “APA-Economics” ADY-ə istinadən xəbər verir.
Məlumata görə, ötən ilin yanvar-aprel aylarında ADY tərəfindən 2 566 218 sərnişin daşınıb.
Qeyd olunur ki, bu ilin ilk dörd ayında daşınan sərnişinlərin 2 820 738-i Abşeron dairəvi dəmir yolu xəttinin payına düşüb, bu da illik müqayisədə 15,2% artım deməkdir.