Bank Of Baku

ADY Bakı-Ağstafa-Bakı marşrutu üzrə cümə günlərinə axşam reysləri təyin edib

ADY Bakı-Ağstafa-Bakı marşrutu üzrə cümə günlərinə axşam reysləri təyin edib
# 09 yanvar 2024 11:58 (UTC +04:00)

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə həftənin cümə günlərinə axşam reysləri təyin edib.

QSC-dən “APA-Economics”ə verilən məlumata görə, oturacaq tipli vaqonlardan ibarət sürət sərnişin qatarı 12, 19, 26 yanvar və 2 fevral tarixlərində saat 23:55-də Bakı Dəmiryol Vağzalından Ağstafaya, 14, 21, 28 yanvar və 4 fevral tarixlərində isə saat 15:00-da Ağstafadan Bakıya yola düşəcək.

Qatarların hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etmək üçün “ADY Mobile” tətbiqini yükləyə və ya www.ady.az saytına keçid edə bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR