ADY) Bakı-Ağstafa-Bakı marşrutu üzrə daha 3 reys təyin edib
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bayram tətili ilə əlaqədar artan sərnişin tələbatını nəzərə alaraq Bakı-Ağstafa-Bakı marşrutu üzrə daha 3 reys təyin edib.
QSC-dən “APA-Economics”ə verilən məlumata görə, dekabrın 31-də qatar saat 16:00-da Bakı Dəmiryol Vağzalından Ağstafaya, yanvarın 3-də
saat 07:50-də Bakı Dəmiryol Vağzalından Ağstafaya, saat 16:30-da Ağstafadan Bakıya yola düşəcək.
“Bundan başqa, hər gün ənənəvi cədvəl üzrə, 31 dekabr, 1, 2, 5 və 6 yanvar tarixlərində isə əlavə reyslərlə Bakı-Ağstafa-Bakı marşrutunda qatarlarımız hərəkət edəcək”, - məlumatda qeyd olunur.
Qatarların hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etmək üçün “ADY Mobile” tətbiqini yükləyə və ya www.ady.az saytına keçid edə bilərsiniz.