Bank Of Baku

ADY bayram günləri üçün Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə reyslər təyin edəcək

ADY bayram günləri üçün Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə reyslər təyin edəcək
# 23 oktyabr 2023 14:05 (UTC +04:00)

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bayram günlərində artan sərnişin tələbatını nəzərə alaraq Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə reyslər təyin edir.

APA-Economics” ADY-ə istinadən xəbər verir ki, noyabrın 8, 9, 10, 11, 12-də Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatar hər gün 07:30-da Bakıdan Qəbələyə, 19:00-da Qəbələdən Bakıya yola düşəcək.

Qeyd edilib ki, noyabrın 4-ü iş günü sayıldığından həmin günə olan reys ləğv edilir. Əvəzində noyabrın 5-də Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatar təyin olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR