Yeni il tətili günlərində “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) bütün strukturları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
ADY-dan "APA-Economics"ə verilən məlumata görə, qatarla səfərlərə tələbatın artacağı bir vaxtda müştəri məmnuniyyətini təmin etmək məqsədilə Bakı–Ağstafa–Bakı və Bakı–Qəbələ–Bakı marşrutları üzrə əlavə qatarlar təyin olunub.