Bank Of Baku

ADY: Hava şəraiti ilə əlaqədar qatarlarının sürət həddi bərpa olunub

ADY: Hava şəraiti ilə əlaqədar qatarlarının sürət həddi bərpa olunub
# 18 dekabr 2023 13:29 (UTC +04:00)

Hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə qeyri-sabit hava şəraitində şəhərətrafı və regionlar üzrə fəaliyyət göstərən sərnişin və yük qatarlarının aşağı endirilmiş sürət həddi bərpa olunub.

Bu barədə “APA-Economics” “Azərbaycan Dəmir Yolları” QSC-ə istinadən xəbər veriri.

“Sərnişinlərimizdən bir daha qış mövsümündə platformalarda hərəkət zamanı ehtiyatlı olmaları və dəmir yolu xətlərini keçən zaman müvafiq keçidlərdən istifadə etmələri xahiş olunur”, - məlumatda qeyd olunur.

Xatırladaq ki, dünən Bakı və regionlarda müşahidə olunan güclü külək və yağıntılı hava şəraiti ilə əlaqədar Abşeron dairəvi, Bakı-Ağstafa-Bakı və Bakı-Qəbələ-Bakı marşrutları üzrə hərəkət edən sərnişin qatarlarının sürət həddini endirib. Bu hərəkətin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.

Əlavə etmək lazımdır ki, qeyri-sabit hava şəraiti ilə əlaqədar yük qatarlarının da sürət həddi endirilmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR