Növbəti ilin əvvəlində əlavə 5 vaqondan ibarət ekspres qatarın istifadəyə verilməsi nəzərdə tutulub.
"APA-Economics" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov deyib.
O qeyd edib ki, hazırda Bakı dairəvi yolunda istifadəyə verilmiş ekspress qatarlarda vaqonların sayı yeddiyə qaldırılıb: "Bu ayın sonuna qədər qatara bir vaqon da əlavə ediləcək. Bununla da vaqonların sayı 8 olacaq".