ADY: Sürücü diqqətsizliyi 2 qəzaya səbəb olub - FOTO - YENİLƏNİB

ADY: Sürücü diqqətsizliyi 2 qəzaya səbəb olub - FOTO  - YENİLƏNİB
# 21 fevral 2024 20:32 (UTC +04:00)

Zaqatalada “Qazel” qatar yoluna çıxıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Yevlax-Balakən dəmir yol xəttinin Zaqatala-Danaçı-Aşağı Çardaqlar avtomobil yolunun kəsişdiyi ərazidə baş verib.

Hadisə şahidlərinin verdiyi məlumata görə, “Qazel” markalı yük yaşınını Yevlax-Balakən dəmir yol xətti ilə hərəkətdə olan yük qatarı ilə toqquşub. Qəza zamanı “Qazel”in sürücüsü, rayonun Fındıqlı kənd sakini Etibar Zahid oğlu Abbasov yüngül xəsarət alıb.

E.Abbasova Zaqatala Rayon Mərkəzi Xəstəxanasında (RMX) lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

***

16.39

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) nəqliyyat vasitələri sürücülərini dəmiryol keçidlərinə yaxınlaşarkən yüksək sayıqlıq göstərməyə, sürət həddini aşağı salmağa, yol nişanlarını diqqətdə saxlamağa və qatarın gəlmədiyinə tam əmin olduqdan sonra hərəkəti davam etdirməyə çağırır.

ADY-dən “APA-Economics”ə verilən məlumata görə, bu gün sürücü diqqətsizliyi 2 qəzaya səbəb olub.

Məlumata görə, Zaqatala stansiyasında teplovoz dəmiryol keçidində hərəkət edərkən “Qazel” markalı yük avtomobili qəfil dəmir yoluna çıxaraq toqquşmaya səbəb olub.

“Digər hadisə isə Salyan rayonu ərazisində baş verib. "KİA" markalı avtomobil dəmiryol keçidinə yaxınlaşarkən yol nişanlarını nəzərə almadan sürətini azaltmayıb və hərəkətdə olan teplovozla toqquşub”, - məlumatda qeyd olunur.

Bildirilir ki, hər 2 hadisə nəticəsində xəsarət alan olmayıb.

Xatırladaq ki, dəmiryol keçidlərindən keçmə qaydalarının pozulması və nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsinə görə sürücülər 100 manat məbləğində cərimə edilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR