Bank Of Baku

ADY tərəfindən 303 yeni platforma alınıb

ADY tərəfindən 303 yeni platforma alınıb
# 02 fevral 2024 18:28 (UTC +04:00)

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən lokomotiv və vaqon parkını artan yükdaşıma tələbatına uyğunlaşdırmaq üçün işlər görülüb. Bu məqsədlə 303 yeni platforma alınıb. 2014-cü ildə Qazaxıstandan 10 ədəd yeni teplovozun alınması üçün müqavilə imzalanıb və teplovozlar qatar parkına daxil edilib. Həmin ildə Estoniyadan 4 ədəd müasir elektrovoz da alınaraq ölkəmizə gətirilib.

APA-Economics” in ADY-in 20 illik hesabtına istinadən xəbərinə görə, ötən illər ərzində yükdaşımalarda, xüsusilə tranzit yükdaşımalarda əhəmiyyətli dərəcədə artım müşahidə olunub. Belə ki, ölkəmiz üzərindən daşınan tranzit yüklərin həcmi 80%-ə yaxın artıb, 2023-cü ildə dəmir yolları ilə 18 milyondan çox ton ümumi yük, 7 milyon tona yaxın tranzit yükü daşınıb.

Şimal – Cənub dəhlizi üzrə Astara (İran) terminalının tikinti işlərinin 60 faizi uğurla tamalanıb. Ötən il bu terminalda 700 min tona yaxın yük aşırılıb. Həmçinin Azərbaycan Astarasında yaradılan yeni terminal sayəsində Şimal – Cənub dəhlizinin inkişafına töhfə verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR