Bank Of Baku

AFİZ-də istehsal olunan mallar 10 ölkədə gömrük rüsumlarından azad ediləcək

AFİZ-də istehsal olunan mallar 10 ölkədə gömrük rüsumlarından azad ediləcək
# 16 noyabr 2023 16:28 (UTC +04:00)

Müştərilər əmin olsa ki, onların Ələt Azad İqtisadi Zonasında (ƏAİZ) uğurlu və gəlirli fəaliyyətini təmin edəcək, bu zaman ƏAİZ layihəsi daha uğurlu olacaq.

"APA-Economics" xəbər verir ki, bunu Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov "Dayanıqlı İnkişafa dair 2-ci Bakı Forumu"nda çıxışı zamanı deyib.

O bildirib ki, ƏAİZ-in əsas üstünlüklərindən biri beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaxınlığında yerləşməsidir.

V. Ələsgərov ƏAİZ-nin əhəmiyyətindən danışaraq bildirib ki, Azərbaycanın Azad Ticarət Sazişinə malik olduğu 10 ətraf ölkədə (Rusiya, Gürcüstan, Ukrayna, Moldova, Belarus, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Tacikistan) AFİZ-də istehsal olunan mallar gömrük rüsumlarından azad ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR