Magistral su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar bu gün Ağcabədi rayonunun içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barəsə “APA-Economics” Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, magistral su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar 09 dekabr 2023-cü il tarixində gün ərzində Ağcabədi şəhərinə, eləcə də Aşağı Avşar və Xocavənd kəndlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.