Bank Of Baku

Ağdamda 35 subartezian quyusu üzrə işlər tam başa çatdırılıb

Ağdamda 35 subartezian quyusu üzrə işlər tam başa çatdırılıb
# 14 mart 2019 11:01 (UTC +04:00)

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC Ağdam rayonunda 35 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması işlərini tam başa çatdırıb.

5 noyabr 2018-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Ağdam rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Bu Sərəncamla “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-yə Ağdam rayonunun əhalisi 26 265 nəfər olan 20 yaşayış məntəqəsində 1 050 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 35 subartezian quyusunun layihələndirilməsinin və qazılmasının təmin olunması tapşırılıb.

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin təmsilçisi Dilqəm Şərifov bildirib ki, dövlət başçısının Sərəncamının icrası olaraq Səhmdar Cəmiyyəti tərəfindən 35 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması işləri tam başa çatdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR