Azərbaycanın hazırda bu regionda üzləşdiyi ən böyük təhlükə iqlim dəyişikliyidir.
"APA-Economics" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında BMT İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Alessandra Rokkasalvo bildirib.
“Ətraf mühitin dəyişməsi, biomüxtəlifliyin itirilməsi, iqlimin pisləşməsi və təsirlərini faktiki olaraq yumşaltmaq çoxlu investisiya hesabına başa gələcək. Hökumət artıq “Yaşıl Azərbaycan”ı təbliğ etməklə bunun qayğısına qalır. Sözügedən sahələrin inkişafı üçün beynəlxalq, həm də milli özəl sektordan investisiyaların cəlb edilməsi önəmlidir" deyə, A. Rokkasalvo əlavə edib.