Bank Of Baku

Anar Rzayev: Gündəlik səfərlərin 40%-i şəxsi nəqliyyat vasitələri ilə həyata keçirilir

Anar Rzayev: Gündəlik səfərlərin 40%-i şəxsi nəqliyyat vasitələri ilə həyata keçirilir
# 18 dekabr 2023 11:10 (UTC +04:00)

2022-ci ildə Azərbaycanda səfərlərin təşkil olunmasında ictimai nəqliyyatın payı 17 faizdir. Digər oxşar şəhərlərdə ictimai nəqliyyatla səyahət 39 faiz təşkil edir.

APA-Economics”in xəbərinə görə, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə heyətinin sədri Anar Rzayev Azərbaycanda mobilliyin transformasiyası proqramının təqdimatı zamanı deyib.

O bildirib ki, səfərlərin 11 faizi metro, 5 faizi dəmiryolu, 40 faizi şəxsi nəqliyyat, 12 faizi isə taksi vasitəsilə həyata keçirilir: "Səfərlərin 20 faizi piyada, velosiped və mikromobillik səfərləridir".

A.Rzayev qeyd edib ki, növbəti illərdə əsas hədəflərdən biri məhz ictimai nəqliyyatla səfərlərin təşkilində faiz artımına nail olunmasıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR