Bakıda yeni marşurut şəbəkəsi artıq hazırlanıb. Yaxın günlərdə yeni şəbəkəninin rəqəmsal əkizlə simulyasiyası həyata keçiriləcək.
“APA-Economics”in xəbərinə görə, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə heyətinin sədri Anar Rzayev Azərbaycanda mobilliyin transformasiyası proqramının təqdimatı zamanı deyib.
O bildirib ki, “yeni marşurut şəbəkəsi nəticəsində biz 90% əlçatanlığı təmin edə biləcəyik.
Bizim hesablamalarımıza görə, Bakıda pik saatlardan yüklənməni azaltmaq üçün 2400 avtobusun işləməsi tələb olunur.