Bank Of Baku

ASCO daha yüngül yanacağa keçməsi nəticəsində emissiyaların azalmasına nail olub

ASCO daha yüngül yanacağa keçməsi nəticəsində emissiyaların azalmasına nail olub
# 30 noyabr 2023 16:21 (UTC +04:00)

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) daha yüngül yanacağa keçməsi nəticəsində emissiyaların azalmasına nail olub.

"APA-Economics" xəbər verir ki, bu barədə QSC-nin dayanıqlılıq və emissiyaların idarəolunması üzrə direktoru Ələkbər Əzizli Sənaye Təhlükəsizliyi Zirvəsində çıxış edərkən bildirib.

Onun sözlərinə görə, 2023-cü ilin əvvəlindən QSC gəmilər üçün yanacaq kimi mazutun istifadəsindən imtina edib və dizel yanacağına keçib.

"Dizelin tərkibində kükürdün daha az olmasından emissiyaların həcmi də azalır", - Ələkbər Əzizli qeyd edib.

ASCO nümayəndəsi onu da vurğulayıb ki, qeyd olunan tədbirlər nəticəsində QSC emissiyaların 6% azalmasına nail olub.

Ələkbər Əzizli onu da bildirib ki, gələn bir neçə il ərzində emissiyaların azalması üçün müvafiq tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR