Bank Of Baku

“Aviasiya haqqında” yeni qanun layihəsi üçüncü oxunuşda qəbul edilib

“Aviasiya haqqında” yeni qanun layihəsi üçüncü oxunuşda qəbul edilib
# 22 dekabr 2023 11:40 (UTC +04:00)

Bu gün Milli Məclisin plenar iclasında “Aviasiya haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb.

APA xəbər verir ki, qanun layihəsi 15 fəsil, 68 maddədən ibarətdir.

Qanun layihəsi Azərbaycan Respublikasının hava məkanından istifadəni və aviasiya sahəsində fəaliyyəti tənzimləyir, aviasiyada təhlükəsizliyin, o cümlədən dövlətin müdafiəsinin, əhalinin və iqtisadiyyatın hava daşımaları və aviasiya işləri ilə əlaqədar ehtiyaclarının təmin edilməsi üçün həyata keçirilən tədbirlərin hüquqi və təşkilati əsaslarını müəyyən edəcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR