Aviasiya sahəsində təhlükəsizlik sisteminin sınağının keçirilməsi məqsədilə qrup yaradılacaq.
APA-nın xəbərinə görə, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Aviasiya təhlükəsizliyinin təmini sahəsində yoxlamaların həyata keçirilməsi Qaydası”nda əksini tapıb.
Təhlükəsizlik sisteminin sınağının keçirilməsi məqsədilə yaradılan qrupa aşağıdakı şəxslər daxil edilir:
- Qrupun rəhbəri;
- Qrupun inzibati heyəti;
- Qrupun digər üzvləri.
Təhlükəsizlik sisteminin sınağı ixtisaslı və xüsusi təlim keçmiş personalın nəzarəti altında aparılır. Qrupa daxil olan hər bir şəxs yoxlamanın istiqamətləri üzrə müvafiq hazırlıq keçir. Qrupa daxil edilən hər bir şəxs konfidensial məlumatların yayılmamasına dair yazılı iltizam verir.
Qeyd edək ki, aviasiya təhlükəsizliyinin təmini sahəsində yoxlamalar Aviasiya Agentliyi tərəfindən həyata keçiriləcək.