Bank Of Baku

Avropa Komissiyası Azərbaycan qazının Bolqarıstana tranziti üçün layihəyə vəsaitin ayrılmasını təsdiq edib

Avropa Komissiyası Azərbaycan qazının Bolqarıstana tranziti üçün layihəyə vəsaitin ayrılmasını təsdiq edib
# 03 aprel 2019 13:25 (UTC +04:00)

Avropa Komissiyası Bolqarıstan-Yunanıstan birləşdirici qaz kəmərinin (IGB) tikintisinə 33 mln. avro vəsaitin ayrılmasını təsdiq edib. Sözügedən kəmərlə Azərbaycan qazının Bolqarıstana nəqli nəzərdə tutulub.

ONA-nın Avropa Komissiyasına istinadən verdiyi məlumata görə, bu vəsait Komotini (Yunanıstan) və Stara Zaqora (Bolqarıstan) arasında 182 km-lik birləşdirici qaz kəmərinə sərf ediləcək.

Qeyd edək ki, Bolqarıstanın “Bulgargaz” şirkəti “Şahdəniz-2” layihəsi çərçivəsində “Şahdəniz” konsorsiumu ilə ildə 1 mlrd. kubmetr qazın nəqli ilə bağlı müqavilə imzalayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR