Bank Of Baku

Avtomobil nəqliyyatı ilə milli daşıyıcıların bazar payı artıb

Avtomobil nəqliyyatı ilə milli daşıyıcıların bazar payı artıb
# 18 dekabr 2023 15:20 (UTC +04:00)

Avtomobil nəqliyyatı ilə bütün ikitərəfli daşıma istiqamətləri üzrə milli daşıyıcıların bazar payı artıb.

"APA-Economics"in xəbərinə görə, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, 2022-ci ildə Azərbaycan və digər xarici ölkə daşıyıcıları tərəfindən ümumilikdə 221.841 ikitərəfli daşıma həyata keçirilib. Bu daşımaların 101.843-ü Azərbaycan daşıyıcıları tərəfindən yerinə yetirilib. Bu da ümumi daşımaların 45.91%-ni təşkil edir: "2023-cü ildə Azərbaycan və digər xarici ölkə daşıyıcıları tərəfindən ümumilikdə 256.653 daşıma həyata keçirilib. Bu daşımaların 135.441-i Azərbaycan daşıyıcıları tərəfindən yerinə yetirilib. Bu da ümumi daşımaların 52.77%-ni təşkil edir".

Nazir müavini həmçinin qeyd edib ki, 2023-cü ilin 9 ayı üzrə avtomobil nəqliyyatı xidmətlərinin ixracının ölkənin qeyri-neft ixracına nisbəti 8.9 % təşkil edib:

"Azərbaycanın beynəlxalq avtomobil daşımaları bazarının böyüməsinin bariz nümunəsi olaraq, milli daşıyıcıların yeni istiqamətlərdə beynəlxalq yük daşımaları göstərmələri müşahidə olunur: "Azərbaycan daşıyıcıları Monqolustan və İraq kimi ölkələrə də beynəlxalq yükdaşımaları xidməti göstərirlər. Beynəlxalq daşımalarda iştirak edən yük avtomobillərinin sayında da ciddi artım müşahidə edilir. Belə ki, beynəlxalq daşımalarda iştirak edən yük avtomobillərinin sayı 2021-ci ildə 3432, 2022-ci ildə 9225 və 2023-cü ildə 12 593 ədəd təşkil edir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR