Hazırda “Astara” gömrük postunda 48 yük maşını var.
“APA-Economics”in Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbərinə görə, hazırda “Biləsuvar” gömrük postunda 55, “Qırmızı Körpü” gömrük postunda 850, “Mazımqara” gömrük postunda 17, “Samur” gömrük postunda 12 yük maşını var.
AYNA-nın məlumatına görə, “Xanoba” gömrük postunda yük maşını yoxdur.