AYNA obyektlərin qarşısında avtomobil saxlamağa icazə verilməməsinə münasibət bildirib

AYNA obyektlərin qarşısında avtomobil saxlamağa icazə verilməməsinə münasibət bildirib
# 02 may 2025 14:41 (UTC +04:00)

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) obyektlərin qarşısında avtomobil saxlamağa icazə verilməməsinə münasibət bildirib.

APA xəbər verir ki, bunu MEDİA-nın təşkilatçılığı ilə keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda II Forum çərçivəsində “Nəqliyyat infrastrukturunda davamlı həllər media müstəvisində” adlı panel sessiyada Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Kommunikasiya departamentinin rəhbəri Vəli Məmmədov deyib ki, bu gün avtobus zolağı daha prioritetdir.

“Bir çox ərazidə parklanma yerləri yaradılıb. Xaqani bağının ətrafında, yollarda biz avtomobillərin girişini bağlayanda düşünürdülər ki, obyektlər ziyan görəcək. Amma piyadalaşma artdı deyə, həmin obyektlərdə canlanma baş verdi. Bir çox küçədə parklanma yoxdur, amma o küçələrdə kifayət qədər obyekt var, amma onlar heç biri bağlanmır. Hamı deyir müştəri avtomobilini harada saxlasın? Amma biz görürük ki, piyadalaşma hesabına o obyektlər daha çox xeyir verir. Şərifzadə küçəsində olan obyektlərin qarşısındakı parklanma yeri faktiki olaraq oranın müştərilərinə bəs etməyəcək”, - AYNA rəsmisi vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR