Hazırda beynəlxalq nüfuza malik şirkətlə marşrut şəbəkəsinin optimallaşdırılması prosesi gedir.
“APA-Economics”in xəbərinə görə, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İctimai nəqliyyat şöbəsinin müdiri Emin Məcidov deyib.
O qeyd edib ki, hazırda datalar toplanılaraq emal olunur, sərnişinlərin hərəkətliliyi müəyyənləşdirilir.