Azad edilmiş ərazilərdə su anbarlarının tikintisi və su sistemlərinin qurulması sahəsində görülən işlər açıqlanıb

Azad edilmiş ərazilərdə su anbarlarının tikintisi və su sistemlərinin qurulması sahəsində görülən işlər açıqlanıb
# 28 fevral 2024 10:36 (UTC +04:00)

Bir milyondan çox yeni sayğac quraşdırılıb.

APA xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya və Aqrar siyasət komitələrinin birgə təşkilatçılığı ilə keçirilən “Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar” mövzusunda dinləmədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov deyib.

Sədr bildirib ki, suyun sayğaclaşdırılması 90 %-ə çatdırılıb: “Hədəfimiz bunu 100 %-ə çatdırmaqdır. Ölkə ərazisində su ehtiyatlarının səmərəli istifadəsinin təmin edilməsi məqsədi ilə Prezidentin sərəncamı ilə bizim Agentlik yaradılıb”.

Zaur Mikayılov azad edilmiş ərazilərdə də su anbarlarının tikintisindən bəhs edib: “Xaçınçay və digər su anbarları və kanallarının tikintisi başa çatdırılıb. Həkəri çayının sağ və sol sahillərində yerləşən 12 min hektar əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi məqsədi ilə Laçın rayonu ərazisində sututumu 26,7 mln.kbm olan Zabuxçay su anbarının və 51, 6 km boru kəmərinin tikintisinə 2022-ci ildə başlanılıb və cari ilin birinci yarısında bu işlərin yekunlaşdırılması nəzərdə tutulur. Cəbrayılda Qız Qalası su anbarının və bir sıra digər obyektlərin layihələndirilməsi işləri tamamlanıb. Şuşa şəhərində içməli su sisteminin yenidən qurulması işlərinə başlanıb. Laçın şəhərinin içməli, yağış suları sistemləri yaradılıb. Xankəndi, Xocalı, Qubadlı kimi məskunlaşma olacaq ərazilərdə içməli sus sistemləri qurulur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR