Azad edilmiş rayonlarda 164,8 min daşınmaz əmlakın arxiv sənədləri rəqəmsallaşdırılıb

Azad edilmiş rayonlarda 164,8 min daşınmaz əmlakın arxiv sənədləri rəqəmsallaşdırılıb
# 05 mart 2024 14:59 (UTC +04:00)

Laçın rayonu ərazisində təmir olunan 367 fərdi yaşayış evinin və 144 mənzilin, Zabux kəndində yeni tikilən 223 fərdi yaşayış evinin və Şuşa şəhərində 223 mənzilin texniki pasportu hazırlanıb.

APA-Economics” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.

Qeyd edilib ki, Cəbrayıl, Qubadlı, Kəlbəcər, Laçın, Zangilan, Xocavənd, Ağdam rayonları üzrə arxiv sənədlərinin mövcud tikililərə bağlantısı işləri aparılır, yaranan uyğunsuzluqlar araşdırılaraq rayon icra hakimiyyətinin nümayəndələrinin iştirakı ilə dürüstləşdirilib.

İşğaldan azad olunmuş ərazilərdə dəymiş ziyanın müəyyən edilməsi məqsədi ilə rayon icra hakimiyyətinin, mərkəzi icra hakimiyyətləri və digər dövlət müəssisə və təşkilatlarının nümayəndələninin iştirakı ilə 2023-cü il ərzində QRGS üzərindən 968 daşınmaz əmlak (bina va tikili) barədə arxiv məlumatları (sənədləri) rəqəmsallaşdırılıb, həmçinin 1132 bina və tikili ərazilərdə aparılan inventarizasiya nəticəsində təsbit edilib.

Ümumilikdə isə hesabat ilinin sonuna 164,8 min daşınmaz əmlak bina və tikili) barədə arxiv malumatları sənədləri) rəqəmsallaşdırılaraq QRGS-ə daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR