Bank Of Baku

Azad olunan ərazilərdə su anbarlarının təmiri yaxın günlərdə tamamlanacaq

Azad olunan ərazilərdə su anbarlarının təmiri yaxın günlərdə tamamlanacaq
# 27 dekabr 2023 11:35 (UTC +04:00)

İşğaldan azad olunan ərazilərin yenidənqurulması və bərpası üçün ayrılan vəsait hesabına Tərtər rayonu ərazisində yerləşən Suqovuşan, Ağdam rayonu ərazisində yerləşən Xaçınçay su anbarları, o cümlədən Tərtərçay sol sahil kanalının təmir-bərpası işləri başa çatdırılıb, Köndələnçay 1, Köndələnçay 2 və Aşağı Köndələnçay su anbarlarının təmir-bərpa işlərinin isə yaxın günlərdə tamamlanması nəzərdə tutulub.

APA-Economics”in xəbərinə görə, bunu "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC sədrinin müşaviri Əsəd Şirinov ilin yekunlarına dair keçirilən tədbirdə deyib.

O bildirib ki, ötən müddət ərzində Laçın rayonu ərazisində yerləşən Zabuxçay su anbarının tikintisi davam etdirilib: “Qız qalası su anbarından sugötürən magistral kanalın, Həkəriçay və Bərgüşadçay su anbarları və onlardan qidalanan kanalların inşası işlərinə isə önümüzdəki illərdə başlanılması nəzərdə tutulub. Qeyd olunan layihələr Azərbaycanda su təchizatı probleminin həllində çox böyük uğur olmaqla yanaşı regionların, xüsusən də Qarabağ və Şərqi Zəngəzur vilayətlərinin sosial-iqtisadi inkişafına önəmli töhfədir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR