Bank Of Baku

AZAL Novruz bayramı ərəfəsində Avropaya uçuşları artıracaq

AZAL Novruz bayramı ərəfəsində Avropaya uçuşları artıracaq
# 16 yanvar 2024 15:39 (UTC +04:00)

Azərbaycanın milli aviadaşıyıcısı AZAL mart ayından, Novruz bayramı ərəfəsindən etibarən Avropaya yerinə yetirilən uçuşların tezliyini artırır.

Bu barədə “APA-Economica” AZAL-ın yaydığı məlumata istinadən xəbər verir.

“Biletləri indi əldə edin və Avropanın maraqlı şəhərlərinə səyahət etmək imkanını qaçırmayın”, - məlumatda qeyd olunur.

Belə ki, aşağıdakı istiqamətlər üzrə reyslər qeyd olunan uçuş cədvəlinə uyğun olaraq həyata keçiriləcək:

- Barselona: çərşənbə axşamı, cümə axşamı, bazar günləri (14 martdan).

- Vyana: çərşənbə axşamı, cümə, şənbə günləri (16 martdan).

- Praqa: bazar ertəsi, cümə, şənbə günləri (16 martdan).

- Paris: çərşənbə axşamı, cümə, bazar günləri (17–29 mart), çərşənbə axşamı,

cümə axşamı, cümə, bazar günləri (31 martdan).

- Milan: bazar ertəsi, çərşənbə, cümə axşamı, şənbə, bazar günləri (17

martdan).

- London (Hitrou hava limanı): çərşənbə axşamı, cümə axşamı, şənbə günləri

(14 martdan).

- London (Qetvik hava limanı): çərşənbə, cümə, bazar günləri (17 martdan).

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə edə bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR