Azərbaycanın milli aviadaşıyıcısı təyyarədə sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə təlimat videosu hazırlayıb.
"Azərbaycan Hava Yolları" QSC-dən “APA-Economics”ə verilən məlumata görə, təhlükəsizlik təlimatında kəmərlərdən düzgün istifadə, əşyaların salonda yerləşdirilməsi və fövqəladə hallarla bağlı davranış qaydaları göstərilir.
“Bu video, həmçinin Azərbaycanın mədəni irsi və gözəlliklərini vurğulayır”, - məlumatda qeyd olunur.
Videonu izləmək üçün qeyd olunan linkə daxil olun: https://youtu.be/OUUST60Qjyc