Bank Of Baku

Azərbaycanda 20 ildə tikilən avtomobil yollarının uzunluğu açıqlanıb

Azərbaycanda 20 ildə tikilən avtomobil yollarının uzunluğu açıqlanıb
# 31 yanvar 2024 16:32 (UTC +04:00)

2003-2023-cü illər ərzində Azərbaycanda 20 703,6 km uzunluğunda yeni yol tikilib, yenidən qurulub və təmir edilib.

Bu barədə “APA-Economics” Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

“2003-2023-cü illər ərzində ölkədə 6 782,6 km Respublika əhəmiyyətli, 11 418,7 km yerli əhəmiyyətli, 2 454,4 km Bakı şəhər yolları və 47,9 km Sumqayıt şəhər yolları olmaqla 20 703,6 km uzunluğunda yeni yol tikilib, yenidən qurulub və təmir edilib”, - məlumatda qeyd olunur.

Məlumata görə, Azərbaycan yol infrastrukturunun keyfiyyəti reytinqində MDB dövlətləri arasında 1-ci yerdə, dünyanın 140 ölkəsi arasında isə 27-ci yerdə qərarlaşmağa müvəffəq olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR