Azərbaycanda bir sıra sosial şəbəkələrə maraq artıb

Azərbaycanda bir sıra sosial şəbəkələrə maraq artıb
# 12 fevral 2024 15:38 (UTC +04:00)

Ötən il ərzində Azərbaycanda “İnstagram” sosial şəbəkəsinə maraq stabil olmayıb.

APA-Economics”in “Statcounter”ə istinadən xəbərinə görə, ötən ilin yanvarında Azərbaycanda “İnstagram”dan istifadə 23.13 faiz, iyulda 53.76 faiz təşkil edib. İlin sonunda Azərbaycanda “İnstagram”dan istifadə 36.64 faiz təşkil edib.

Ötən il ölkədə “X” sosial şəbəkəsinə maraq da cüzi azalıb. Belə ki, 2023-cü ilin yanvarında bu sosial şəbəkədən istifadə 8.06 faiz, ilin sonunda isə 7.58 faiz təşkil edib.

Azərbaycanda populyarlıq qazana bilməyən “LinkedIn” sosial şəbəkəsinə maraq cüzi artıb. Belə ki, ötən ilin yanvarında Azərbaycanda bu sosial şəbəkədən istifadə 0.69 faiz, ilin sonunda isə 0.92 faiz təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR