Azərbaycanda dəniz nəqliyyatı ilə 2023-cü ildə daşınmış yüklərin həcmi 9 010,8 min ton təşkil edib və əvvəlki ilə nisbətən 19,8% artıb.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, yüklərin 54,4%-ni neft yükləri təşkil edib.
Məlumata görə, dəniz limanları tərəfindən 13 375,6 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilmiş və yüklərin 11 048,8 min tonunu və ya 82,6%-i tranzit yüklər təşkil edib. 2024-cü il yanvar ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 463,1 min ton olub.
“Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2022-ci ilə nisbətən 10,7% artaraq 23,7 min nəfər olub”, - məlumatda qeyd olunur.