Bank Of Baku

Azərbaycanda fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib

Azərbaycanda fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
# 12 yanvar 2024 18:19 (UTC +04:00)

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin idarəedilməsi Mərkəzi fırtınalı hava şəraiti ilə bağlı Azərbaycanın ərazi sularında üzən gəmilərə xəbərdarlıq edib.

APA-Economics” bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, xəbərdarlıqda deyilir ki, sabah səhər saatlarında Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi yanvarın 14-ü səhər səhərə kimi davam edəcək.

Açıq dənizdə küləyin surəti arabir 30-32 m/s-dək güclənəcək.

Dalğanın hündürlüyü 3.0-4.0, sonrakı inkişafda isə 4.5-6.5 metrə çatacağı proqnozlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR